Niyam Səlami “Hardasan?” FOTOLAR

Müğənni Niyam Səlami sözləri Qənirə Paşayevaya, musiqisi Sevinc Tofiqqızına məxsus olan "Hardasan?" adlı mahnısını lentə aldırıb. Bu haqda SİA-ya bəstəkar Sevinc Tofiqqızı məlumat verib: "Bildiyiniz kimi Qənirə xanımla iş birliyim davam edir. Niyamın ifa etdiyi "Hardasan?" adlı bəstə də bu işin davamıdır. Niyam bu mahnını çox gözəl və ürəkdən ifa edib. Bu mənim Qənirə xanımın şeirinə bəstələdiyim artıq 7-ci mahnımdır. Surprizlərim hələ davam edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə