Azərbaycanlı müğənni Aysel Əlizadə həyatını lentə aldıracaq. Bu haqda SİA-ya sənətçinin özü danışıb: "23 illik həyatıma ekran işi verəcəm. Onu da deyim ki, şəxsi həyatımı lentə aldırsam, gərək insanlar ağlasın. Ümid edirəm ki, yaradıcılığım və özəl həyatımla bağlı klip çəkdirsəm, bir çoxlarına maraqlı və fərqli olacaq".
Qeyd edək ki, Aysel Əlizadə yaxın vaxtlarda "Səndən başqa" adlı ekran işini tamaşaçıların ixtiyarına verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB