Müğənni Ayan Babakişiyeva yeni klipini pərəstişkarlarına təqdim edib. SİA-nın verdiyi xəbərə görə, sənətçinin "Telefonum susub" mahnısının ekran işi fərqli üslubda lentə alınıb. Klip fotolardan ibarət animasiyalardan hazırlanıb. A. Babakişiyeva bu ideyanın rejissordan gəldiyini söyləyib.
Qeyd edək ki, sözləri İsmayıl Dadaşov, musiqisi Elçin İmanova məxsus mahnıya ekran həyatını Ceyhun İbrahimoğlu verib. Klipin rəssamı Azər İbrahimoğludur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB