Şəmi və Şöşü axtarışa çıxdı FOTOLAR

Şəmi və Şöşü axtarışa çıxdı FOTOLAR

Hər kəsin sevərək izlədiyi "Bozbash Pictures" serialı bu gün də tamaşaçılarla görüşə gələcək. SİA-nın verdiyi xəbərə görə, serialın növbəti çəkilişi İvonovkada lentə alınıb.

Nəzərinizə çatdıraq ki, serialda hər zaman olduğu kimi, İlkin Həsəni (Şəmi), Ramil Babayev (Şöşü), Nicat Rəhimov (Şirin), Elşən Orucov (Fəlakət), Azər Baxşəliyev (Əzəmət) obrazını canlandırıblar. Şəmi və Şöşü Əzəməti aldadıb mal əti yerinə, at əti satan şəxsin axtarışına çıxıblar. Bu işdə Fəlakətin əli olduğu da yeni bölümdə aydın olacaq.

Qeyd edək ki, "Bozbash Pictures" serialı noyabrın 23-ü saat 21:40-da ATV telekanalında efirə gedəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə