Bu gün Beynəlxalq Mətbuat Mərkəzində gənc müğənni Aysel Əlizadə yeni "Səndən başqa" klipinin təqdimat mərasimini keçirib. SİA-nın verdiyi xəbərə görə, Aysel yeni klipinin də bəyəniləcəyini söyləyib: "Ulduzlar mahnısı bəyəndiyiniz kimi əminəm ki, yeni işim də xoşunuza gələcək. Klipdəki bütün görüntüləri rejissora həvalə etmişəm. Onu da deyim ki, ekran işinə nə qədər pul xərclədiyimi deməyəcəyəm. Çünki "Ulduzlar" klipinə verdiyimi pulu açıqlayanda bir çoxları məni qınadı. Klipdə qrafik işləri üstünlük təşkil edir. Qeyd edim ki, rejissor Teoman Topçuyla birgə ikinci işimdir. Çalışıram ki, yaradıcılığımdakı bütün işlərim keyfiyyətli olsun. İnşallah ruzim bol olar və mən də sizlərin qarşısına bundan da səviyyəli işlərlə çıxaram".
Nəzərinizə çatdıraq ki, ekran işinin rejissoru Teoman Topçudur.
Qeyd edək ki, "Səndən başqa" mahnısının sözləri İlkin Həsənliyə, musiqisi isə Leyli İsrafilovaya məxsusdur.
Foto müəllifə məxsusdur:
.jpg)
.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB