Bəstəkar İsa Məlik ata oldu

Bəstəkar İsa Məlik ata olub. SİA-nın verdiyi xəbərə görə, bəstəkar bu haqda "Facebook" səhifəsində yazıb: "Dostlarım, məni təbrik edin. Noyabrın 14-də Florida vaxtıyla saat 11:27-də ata oldum. Mənim Melisa adlı gözəl qızım dünyaya gəldi. Bu, gözəl hissdir. Hər kəsə bu xoşbəxtliyi yaşamağı arzulayıram. Sevgilim Paulina, gözəl hissləri mənə yaşatdığın üçün çox sağ ol. Sizi hədsiz sevirəm. İlk növbədə isə bu gözəl neməti bizə bağışladığına görə Allaha təşəkkür edirəm. Melisa Məlikova, bizim dünyamıza xoş gəldin".

Bütün xəbərlər Facebook səhifəmizdə