Prodüser İdrisi “yıxıb- sürüdü”

Prodüser İdrisi “yıxıb- sürüdü”

Prodüser Təranə Səmədova "Space"inin sabiq əməkdaşı teleaparıcı İdris Cəfərovu "ağ yuyub, qara sərib". Təranə SİA-ya açıqlaması zamanı İdrisin zamanında ondan pul tələb etdiyini söyləyib: "Artıq bir aya yaxındır ki, Avropadan hər gün mənə "sılka" yollayan İdrisə baxıb düşünürəm ki, deyəsən quyruğu qapı arasında qalıb. "Cəhənnəmə gedən özünə yoldaş axtarır" məsəlinə əməl edib, vaxtında kömək olmadığın insanlardan indi dəstək gözləyirsən. Zamanında səndən iş xahiş edəndə "Space" kanalının rəhbərinin xəbəri olmadan sujet üçün 500, klipi 10-luğa salmaq üçün 1000, radioda öz verilişində mahnı yayımlamaq üçün 200-300 manat pul tələb edirdin. Təqdim etdiyin "Bazar" verilişi də artıq tamaşaçılarda qıcıq yaratmağa başlamışdı. Həmin layihənin sona yetməsinin zamanı çatmışdı. Elə düzgün də edildi ki, həmin veriliş bağlandı. Sən olduğun zamanlardan fərqli olaraq indi kanalda insanlara daha doğma münasibət bəslənilir. Hər hansı bir verilişə çəkilmək üçün daha rahat şərtlər tətbiq edilir. İlk günlər sənə görə bir az pis olmuşdum. Daha sonra məntiqlə düşündüm ki, kimə görə pis oluram? Vaxtında sifarişlə mənə qarşı sujet hazırlayıb, mənim həyatıma çox böyük zərbə vurmuş İdris üçün üzülməyə dəyməz. Mən insanları bağışlamağı bacarıram, amma, etdikləri pislikləri unutmuram. Sənin qurbanına çevrilmiş bir çox sənət nümayəndələri var ki, bugünkü gündə onlar da səsimə səs verəcəklər. Sən düşünürsən ki, tək deyilsən. Amma bir az diqqətlə bax, ətrafında heç kim yoxdur. Bu zərbəni də sən elə özün-özünə vurdun".

Bütün xəbərlər Facebook səhifəmizdə