Sənətçinin evinə oğru girdi

Müğənni Pərvin Lətifovun evinə oğru girib. SİA-ya hadisə haqda məlumat verən sənətçi ona külli miqdarda ziyan dəydiyini bildirib: "Oğru evə qapını sındıraraq daxil olub. Evimə 10 min manatdan çox ziyan vuran oğru, məndən başqa bir neçə nəfərin də evinə girib. Onu da deyim ki, artıq oğru yaxalanıb və Ağır Cinayətlər Məhkəməsində işi gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə