Bu gün müğənni Emil Bədəlov Avropa.az radiosunda Arzudovum Səltənətin təqdimatında yayımlanan "Mixer" verilişinin qonağı olub. SİA-nın verdiyi xəbərə görə, o, şəxsi həyatından söz açaraq ailəsini sənətinə qurban vermədiyini söyləyib: "Ailəmi hər zaman iş həyatımdan üstün tutmuşam. Mənim üçün ailəm çox əzizdir. İlk öncə şəxsi həyatıma, daha sonra isə işlərimə vaxt ayırıram. Onu da deyim ki, ailəsini sənətə qurban verənlərə şəxsiyyətsiz kimi baxıram".
Digər qonaqların da söhbətlərindən agah olmaq istəyirsinizsə Avropa.az radiosunda Arzudovum Səltənətin təqdimatında yayımlanan "Mixer" verilişini həftənin tək günləri 14:00-16:00-da baxa bilərsiniz.
Qeyd edək ki, "Mixer" verilişinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB