Ayan gizli evləndi

Şou biznesdə daha bir sənətçi subaylığın daşını atıb. SİA-nın verdiyi xəbərə görə, bəzi həmkarlarından fərqli olaraq Ayan Babakişiyeva gizli ailə həyatı qurub. O, qapalı toy edib. Buna səbəb isə şəxsi həyatını müzakirə obyektinə çevirmək istəməməsi olub.

Nəzərinizə çatdıraq ki, Ayanın toy xəbərini həmkarı Nura Suri də təsdiqləyib: "Onlar artıq uzun müddətdir birlikdədirlər. Allah xoşbəxt eləsin".

Qeyd edək ki, deyilənlərə görə, Ayan Babakişiyeva Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayevlə ailə həyatı qurub.

Bütün xəbərlər Facebook səhifəmizdə