Bir müddət öncə səhnədən uzaqlaşan müğənni Orxan Babazadə yenidən şou-biznesə qatılacaq. O, SİA-ya açıqlaması zamanı həmin ərəfələrdə "dostu ilə düşmənini tanıdığını" deyib: "Nə yaxşı bir müddət sənətdən ayrıldım. Yalançı dostların da, müğənnilərin də əsil simasının şahid oldum. Amma mən düşmənlərimi sevindirənlərdən deyiləm. İşlərimə yenidən start vermişəm. Söz verdiyim kimi Türkiyənin sənət babası hesab edilən Orxan Gəncəbayı dekabr ayının əvvəli klipə çəkəcəyəm. Xeyli vaxt idi ki, bu layihəni dondurmuşdum. Düşündüm ki işi sona çatdırım. "Şimdi aşk zamanı" mahnısına klipi İstanbulda çəkəcəyik. Orxan baba bizi növbəti dəfə evində qonaq edəcək. Klip hazır olan kimi "Kral Tv"də yayımlanacaq. Onu da deyim ki, bu ay "Eynəkli qız" adlı mahnıya da klip çəkdirəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB