Aktrisa boşandı

Bir çox kütlənin baxımlı "Möhtəşəm yüz il" serialında "Mihrimah Sultan" obrazını canlandıran məşhur aktrisa Pelin Karahan boşanıb. SİA-nın verdiyi xəbərə görə, aktrisa 2 illik həyat yoldaşı Erdinç Bekiroğlu ilə yollarını ayırıb.

Tərəflər İstanbul Ədliyyəsində baş tutan boşanma məhkəməsinin mətbuata qapalı keçirilməsini istəyiblər. Media nümayəndələri çölə çıxdıqdan sonra isə onlar cəmi 10 dəqiqə ərzində prosesi yekunlaşdıraraq rəsmən boşanıblar.

Qeyd edək ki, 2011-ci ildə Barselonada nikah masasına oturan cütlük bir müddət əvvəl barışmağa cəhd etsələr də, buna nail ola bilməyiblər. Pelin və Erdinç yaşadıqları evi ötən həftə ayırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə