“Necə unudum səni” YENİLƏNİB

Bu gün xalq artisti Flora Kərimova mətbuat konfransı keçirib. SİA-nın verdiyi xəbərə görə, sənətçi "Necə unudum səni" klipini yeni aranjiman etdirərək klip çəkdirib. Rejissor Turkay Azərinin ərsəyə gətirdiyi ekran işi təqdim olunduqdan sonra F. Kərimova klip barədə öz fikirlərini dilə gətirib: "Allaha çox şükür ki, bu yaşımda oxuya bilirəm. Buna görə sizlərə borcluyam. Çünki məni enməyə qoymadınız. Buna görə də sizlərə "çox sağ ol" düşür. Onu da deyim ki, "Necə unudum səni" mahnısı illər öncə ərsəyə gəlib. Həmin vaxtlar qızım evdə xəstə yatırdı. Onu məcburən evdə qoyub, mahnı yazdırmağa getmişdim. Sözügedən bəstəni ağlaya-ağlaya yazdırmışdım. Hazırda ərsəyə gələn "Necə unudum səni" klipini də çox bəyəndim. Bu ekran işində böyük əziyyət çəkiblər. Hər birinə halal olsun".

Qeyd edək ki, F. Kərimovanın "Necə unudum səni" mahnısını yeni versiyada Arif Flash və Dj Parcın işləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə