Qardaş ölkənin sənətçisi Çingiz Kurtoğlu Azərbaycana gələcək. Onun Bakıya gəlməsinə səbəb yerli müğənni Elçin Hüseynovun restoranın açılış mərasimində iştirak etməsidir. Bu haqda Elçin SİA-ya danışaraq ətraflı məlumat verib: "Noyabr ayının 21-də türkiyəli müğənni Çingiz Kurtoğlu paytaxtımızın qonağı olacaq. Onu Azərbaycana mən dəvət etmişəm. Noyabr ayının 22-də restoranımın açılışını Çingiz Kurtoğlu ilə birgə edəcəm".
Qeyd edək ki, sənətçilər artıq uzun müddətdir ki, dostluq edirlər. Kurtoğlu Elçinin toyunda da iştirak edib. Müğənnimiz isə türkiyəli ifaçının övladının özəl gününə qatılaraq ona dəstək olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB