Müğənni Bahar Lətifqızı "Qayıtma" mahnısına klip çəkdirəcək. Bu haqda SİA-ya sənətçinin özü məlumat verib: "Ekran həyatı veriləcək mahnının sözləri Nüsrət Kəsəmənliyə, musiqisi gənc bəstəkar-müğənni Fidan Süleymanovaya aiddir. Bu mahnını mən Azərbaycan və fars dillərində ifa etmişəm. Nüsrət Kəsəmənlinin sözlərini fars dilinə də tərcümə etmişik. Mahnı çox xoşuma gəldi və düşündüm ki, klip də çəkdirim. Bu klipin bir hissəsini İsveçdə lentə aldırmışıq. Amma sonradan qərar verdim ki, klipin bir hissəsi də Bakıda çəkilsin. Əsasən də qarın yağmağını gözləyirəm. Çünki klipdə qarla bir soyuqluq hiss olunacaq. Klipin lentə alınan hissəsini isveçli rejissor çəkib. Amma Bakıda olan hissəsini rejissor Nazo ekranlaşdıracaq. Qarın yağmağını gözləyirik, qar yağan kimi Allahın köməkliyi ilə bu klipi çəkib təqdim edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB