Xəbər verdiymiz kimi müğənni-bəstəkar Ramal İsrafilovun "Mən səni bu qədər sevməməliydim" adlı yeni mahnısı işıq üzü görüb. Sənətçi artıq bəstəyə model xanımla təbiət qoynunda ekran işi verib. Bu haqda SİA-ya Ramalın özü danışıb: "Tezliklə "Mən səni bu qədər sevməməliydim" adlı yeni klipimi sizlərə təqdim edəcəm. Onu da deyim ki, bu günə qədər hazırladığım mahnıları sevə-sevə dinləmisiniz. Mən də bundan ilhamlanıb yeni nəğmələr yazıram. Sizin verdiyiniz qiymət mənim üçün çox vacibdir."
Nəzərinizə çatdıraq ki, mahnının sözləri Qənirə Paşayevayanın, musiqisi isə Ramal İsrafilovundur. Klipin rejissor işi telaparıcı Novruz İsmayıla, montajı isə Alex Anişenkoya həvalə olunub.
Qeyd edək ki, müğənni "Mən səni bu qədər sevmməliydim" adlı yeni fotosessiya da etdirib. Şəkilləri Araz Adiloğlu lentə alıb.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB