“Kəpənəklər”

Müğənni Nigar Camalın Azərbaycan dilində ifa etdiyi "Kəpənəklər" mahnısının klipi artıq hazırdır. SİA-nın verdiyi xəbərə görə, ekran işində Nigarın imici fərqli olub. Klipdə sənətçinin geyimləri modelyer Leyla Əliyevaya, saç və makiyajı isə stilist Anar Ağakişiyevə məxsusdur. Klipin ərsəyə gəlməsində stilist Syama da öz köməkliyini göstərib.

Qeyd edək ki, "Kəpənəklər" adlı mahnının musiqisi İsa Məlikə, sözləri isə Paulina Volodkovskayaya məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə