Xuraman Şuşalını xəstəxanalıq etdilər

Xuraman Şuşalını xəstəxanalıq etdilər

Şou-biznesdən uzaq gəzən müğənni Xuraman Şuşalının səhhətində problem yaşanıb. SİA-ya bu haqda açıqlama verən sənətçi diş həkimi tərəfindən düzgün müalicə olunmadığını söyləyib: "Dişimdə problem olduğuna görə stomatoloqa müraciət etdim. O da mənə sakitləşdirici iynələr vurdu. İynədən sonra evə gəldim və yemək yedim. Hətta şokoladla çay da içdim. Elə şokoladla çay içdikdən sonra vəziyyətim pisləşdi. Özümü yaxşı hiss etmədiyim üçün evdəkilər məni yenidən dişimi düzəldən həkimin yanına apardılar. O da guya, mənə ilkin yardım göstərdi. Lakin yenə də vəziyyətim yaxşılaşmadı. Ailə üzvlərim məni başqa xəstəxanaya apardılar. Orada mənə həkimlər kömək etdi. Məni müayinə etdikdən sonra söylədilər ki, allergiya olmuşam. Beş gün həmin xəstəxanada qaldım. 2 gündür ki, evə gətiriblər. Hazırda vəziyyətim yaxşıdır. Buna baxmayaraq, müalicələrim davam edir".

Bütün xəbərlər Facebook səhifəmizdə