Sevimli serial olan "Bozbash Pictures" bu bölümdə də tamaşaçıları ekran önünə dəvət edir. SİA-nın verdiyi xəbərə görə, serial heyəti bu dəfə Tovuza üz tutublar. Belə ki, Şəmi və Şöşünün Tovuz səfərinin əsas səbəbi ərini itirən "Marianın" köməyinə getmələri olub. Sözügedən qadının axtardığı "Mamed" tapılacaq ya yox? Bütün sualların cavabını izləyəndən sonra biləcəksiniz.
Nəzərinizə çatdıraq ki, hər zaman olduğu kimi, İlkin Həsəni (Şəmi), Ramil Babayev (Şöşü), Nicat Rəhimov (Şirin), Elşən Orucov (Fəlakət), Azər Baxşəliyev (Əzəmət) serialda rol alıblar.
Qeyd edək ki, Bozbash Pictures eyni gündə və saatda 16 noyabr saat 21:40-da ATV telekanalında izləyicilərin görüşünə gələcək.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB