İfaçı: “Adını kişi qoyub efirə çıxan...” MÜSAHİBƏ

İfaçı: “Adını kişi qoyub efirə çıxan...” MÜSAHİBƏ

"Xalq ulduzu" yarışmasının iştirakçısı Tərlan Eyvazovun SİA-ya müsahibəsi:

- "Xalq ulduzu" yarışmasından sonra efirlərdən kənar düşmənizə səbəb nə oldu?

- "Xalq ulduzu" yarışmasında 6-cı yerə çıxdıqdan sonra maddi baxımdan və ailə problemləri olduğu üçün büdrədim. Çətinliklərim çox oldu. Eyni zamanda da başım toylara qarışdı. Ancaq Allahın köməkliyi ilə yaxın vaxtlarda məni yenidən efirlərdə görəcəksiniz. Çünki bəstəkar Naibə xanımla iş birliyinə başlamışıq. İnşallah, tez bir zamanda mənə bağışladığı "Sevgi nəğməsini" ərsəyə gətirəcəyik.

- Musiqi təhsiliniz varmı və kimlərdən dərs almısınız?

- İlk müəlimim Arif Əsgərov olub. Ondan dərs aldıqdan sonra Qəzənfər Abbasovun tələbəsi olmuşam. Daha sonra isə əməkdar artist Aybəniz Haşımova mənə dərs deyib. Eyni zamanda Aybəniz xanım mənə səhnə mədəniyyətini, danışıq qabiliyyətini öyrədib. Aybəniz xanımın ilk öyrətdiyi "Bülbüllər" qrupunda olan ifaçılar Fərid Məmmədov, Bəyimxanım Mirzəyeva, Safura Əlizadə hazırda sevilən müğənnilərdəndir. Onu da deyim ki, həmin ərəfədə "İlin qrupu" adına da layiq görüldük.

- Siz nə üçün Fərid Məmmədov kimi tanınmadınız?

- Çünki o oğlanın böyük qabiliyyəti var. Hər janrı mükəmməl bilir. Eyni zaman da idmanın bir çox növləri ilə məşğuldur. Mən isə bəstəkar və xalq mahnılarından başqa heç bir janrda ifa etməmişəm.

- Bildiyimizə görə, Aybəniz Haşımovayla "Hardasan" adlı duetiniz olub. Ancaq nədənsə hazırda Aybəniz xanımla birgə ifalarınızı görmürük. Buna səbəb nədir?

- Sadəcə olaraq vaxt lazımdır ki, Aybəniz xanımla yeni duetlər ərsəyə gətirə bilək.

- Gündəmdə olan həmkarlarınızın səsi sizi qane edirmi?

- Bəzi gündəmdə olanların hansı yollarla özlərinə şöhrət qazandığı hər kəsə bəllidir. Ancaq onların canlı oxuduqlarını çox az hallarda görmək olur. Ona görə ki, səsləri zəifdir. Elə gündəmdə olan sənətçilərimiz var ki, bir mahnı ilə özlərinə şöhrət qazanırlar və yaxud da kiminsə puluna görə qabağa gedirlər. Bir sözlə, hərə bir yolla məhşurluq qazanır.

- Tərlan Eyvazov şou-biznesə qatılsa nə baş verər?

- Çoxları sənəti tərk edər. Onu da deyim ki, musiqinin nə demək olduğunu bilməyənlər üzərlərində xeyli işləməlidirlər. A və B-ni qanmayan sənətçiləri efirdə görəndə qıcıqlanıram. Amma belələrini ifaçı kimi qəbul edirik. Bunun da günahı özümüzdədir. Çünki onları tamaşaçı qaldırır. Hətta toylarına çağıraraq dəyər-dəyməz pul verirlər. Belə sənətçilər də arxayın olur ki, istədiyi qiyməti ona verən var. Hətta adını kişi qoyub efirə çıxan ifaçılar da çoxdur. İnanın ki, ayıbdır. Axı bizim Rəşid Behbudov kimi sənətkarımız olub.

- El şənlikləri olmasa nə edərsiniz?

- Hər kəsə bəllidir ki, bütün müğənnilərin qazanc yeri toylardır. Əgər el şənliyi olmasa, biz sənətçilər üçün çətin olar. Onu da deyim ki, səsim olmasaydı, ailəmi saxlamaq üçün hər işdə çalışardım. Çünki çətinlik görən biriyəm.

- Ailəli olmağınız sənətinizə maneçilik törətmir?

- Xeyr, ailə qurduğum xanım o qədər də qısqanc biri deyil. Onu da deyim ki, öz razılığımla evlənmişəm. Hazırda da bir övladım var.

- İstərdinizmi uşağınızda sizin yolunuzu davam etdirsin?

- Bəzi sənətçilər istəmirlər ki, balaları onların yolunu davam etdirsin. Ancaq övladımın musiqiyə marağını hiss etsəm, ona kömək edərəm.

http://tv.sia.az/az/broadcasting/375077

Bütün xəbərlər Facebook səhifəmizdə