"Azəri star" müsabiqəsindən tanınan müğənni Günel Məhərrəmova yeni hitini təqdim edib. SİA-ya müğənninin meneceri Məmməd Məhərrəmovun sözlərinə görə, mahnı "Gəlmə" adlanır: "Adıçəkilən bəstənin sözləri və musiqisi meyxanaçı Vasif və Mehdiyə, aranjemanı isə Vüsal Ömərova məxsusdur. Ümid edirik ki, tamaşaçılar bəyənəcəklər. Sənətçi "Gəlmə" mahnısına yaxın zamanlarda klip çəkdirməyi də planlaşdırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB