Şou-biznesdə bir-birinə qohum olan sənətçilərin siyahısını SİA oxucularına təqdim edirik:
- Mirkamil Kamilov və Ramal İsrafilov xalq artisti Mələkxanım Əyubovanın bacısı və qardaşı uşaqlarıdır.
- Cabbar Musayevlə Musa Musayev xalq artisti Niyaməddin Musayevin qardaşı oğlanlarıdır.
- Müğənni Emil Bədəlov tarzən, xalq artisti Firuz Əliyevin kürəkənidir. İfaçı sənətkarın qızı Xanımla ailəlidir. Hazırda onların Səadət adlı qız övladı var.
- Teleaparıcı Nəsib Nur isə müğənni Səidə Sultanın bacısıyla evlidir.
- Vizajist Nigar (Fərqanə) İbrahimova müğənni İradə İbrahimovanın bacısıdır.
- Əməkdar artist Mehriban Xanlarova xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın qardaşı qızıdır.
- Müğənni Rüfət Axundov və "Bozbash pictures"dən tanıdığımız Nicat Rəhimov mərhum xalq artisti Yaşar Nurinin bacısı oğlanlarıdır.
- Sənətçi Rəvan Qarayevin atası müğənni Elşad Qarayevdir.
- Gənc ifaçı Novruz Ağayev müğənni Manaf Ağayevin qardaşı oğludur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB