Aktyor ölkəni tərk edir? FOTOLAR

Bu gün də hər kəsin maraqla gözlədiyi "Sənə İnanıram" serialı tamaşaçılarla görüşə gəlir. Baş rollarda Ruslan Sabirli, Tamilla Həmidova, Şəfəq Əliyeva, Rasim Cəfərov, Rəşad Səfərov, digər rollarda Şəlalə Şahvələdqızı, Nəsibə Eldarova, Minarə Allahverdiyeva, Lalə Məmmədova, Çimnaz Soltan, Dəniz Tacəddin, Kamil Zeynalov, Cövdət Şükürov, Nuriyyəxanım Əhməd, Gülnarə Abdullayeva, Siyavuş Mahmudov, Mirzə Ağabəyli, İkram Əliyev, Elnur Abbasov, Ülfət Bəşir və başqaları iştirak edirlər. SİA-ya açıqlamasında aktyor Ruslan Sabirlinin bu bölümdə olduqca maraqlı hadisələrin cərəyan edəcəyini xüsusilə vurğulayıb: "Bu gün hüzurunuza "Sənə İnanıram" serialının maraqlı seriyalarından biri gəlir. Hamını bir nəfər kimi ekran başına toplaşmağını istəyirəm. Bu bölümdə Həmidin Riqadakı sevgilisi İra gəlir. Həmidlə İranın görüşü sonda Həmidin ölkəni tərk etməsi ilə bitəcək?- bu və digər gözlənilməz hadisələr yalnız 5-ci seriyada olacaq. Davamında nələrin baş verəcəyi sizlər üçün də maraqlıdırsa "Sənə İnanıram" serialını izləyin".

Qeyd edək ki, "Sənə inanıram" serialı 11 noyabr saat 22:15-də Xəzər televiziyasında yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə