Əməkdar artist konsert verəcək

Əməkdar artist Tünzalə Ağayeva Türkiyənin paytaxtı Ankarada Ankara Orkestri ilə birgə solo konsert verəcək. SİA-nın verdiyi xəbərə görə, onun konserti noyabr ayının 25-də baş tutacaq. Sənətçi bu ayın 20-si orkestrlə birlikdə məşqlərə başlamaq üçün Ankaraya yola düşəcək.

Qeyd edək ki, məmkdar artistin konserti noyabrın 25-i saat 19:30-da paytaxtın mərkəzində yerləşən "TEATRO" salonunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə