Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Nəzərinizə çatdıraq ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin".
Bu günü tanınmış simalar da unutmayaraq Azərbaycan xalqını təbrik ediblər. Bayraq Günü münasibəti ilə məhşurların təbriklərini SİA oxucularına təqdim edirik:
Xalq artisti Faiq Ağayev: "Bütün Azərbaycan xalqının bayramını təbrik edirəm. Bayramımız mübarək".
.jpg)
Xalq artisti Aygün Kazımova: "Hamının qürur hiss etdiyi bu gün münasibəti ilə təbrik edirəm. Bayramınız mübarək".
.jpg)
Aparıcı İlkin Həsəni: "Dövlət Bayrağı Gününüz mübarək. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Bayrağımız ilk dəfə noyabrın 9-da Bakıda Azərbaycan Xalq Cümhuriyyəyi və Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib və qaldırılıb".
.jpg)
Müğənni Röya Ayxan: "Bayraq Günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. İnşallah üç rəngli bayrağımız Qarabağda dalğalanar".
.jpg)
Müğənni Natavan Həbibi: "Bir daha yüksələn bayraq bir daha enməz. Bayramınız mübarək".

Aktyor Ruslan Sabirli: "Hər bir azərbaycanlının fəxr edə biləcəyi müqəddəs və qürur verici bayrağımızın günüdür. Həmişə bu bayrağa baxıb qürurlanıram. Nə xoşbəxtəm ki, dünyada tanınan və bizi dünyaya tanıdan bayrağımız var. Onun şərəfini qorumaq hər birimizin borcudur. Bayrağımız daim öndə getsin. Bayraq bayramımız mübarək".
.jpg)
Aktyor Anar Heybətov: "Bayraq Günümüz mübarək".
.jpg)
Müğənni Günay İbrahimli: "Bayraq Günümüz mübarək".
.jpg)
Müğənni Ayan Babakişiyeva: "Hər kəsi Bayraq Günü münasibəti ilə təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB