Sevilən yumor ustası, aktyor Fərda Xudaverdiyev yeni layihəyəyə imza atır. SİA-nın verdiyi xəbərə görə, aktyor bütün yaşda olan insanlar üçün yeni şou təqdim edəcək. Fərda tezliklə zövlü layihə ilə tamaşaçıların qarşısına gələcəyini dilə gətirib: "Bütün təbəqələrdə, yaşda olan insanların xüsusi zövqle izləyəcəyi şou hazırlayıram. Burdan gənclərə səslənirəm. Gəlin birlikdə elə bir şou yaradaq ki, istər Rusiya, istərsə də Türkiyə bizə baxıb həsəd aparsın. Sizlərə güvənirəm. Əminəm ki, bu günə qədər heç bir yerdə olmayan şou məhz burda olacaq. İntellektual yumor, səviyyə və zövqlü əyləncə sevən hər kəs pulsuz olaraq dəvətlidir. Azərbaycan efirlərinin sizin kimi gənclərə həqiqətən ehtiyacı var".
Qeyd edək ki, aktyor Fərda Xudaverdiyev yeni layihəsinin nə zaman yayımlanacağı tarixini də tezliklə açıqlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB