Nəhayət şənbə günü gəlib çatdı. SİA-nın verdiyi xəbərə görə, hamının səbirsizliklə gözlədiyi "Bozbash Pictures" serialı növbəti bölümü ilə tamaşaçıların görüşünə gəlir.
Nəzərinizə çatdıraq ki, İlkin Həsəni (Şəmi), Ramil Babayev (Şöşü), Nicat Rəhimov (Şirin), Elşən Orucov (Fəlakət), Azər Baxşəliyevin (Əzəmət) rol aldığı sözügedən serial bu dəfə Ağsuda çəkilib. Hər zaman maraqlı işlərə qoşulan Şəmi və Şöşünün növbəti qazanc mənbəyi isə heyvan biznesi olur. Bu bölümdə hətta Türkiyənin məhşur müğənnisi Sinan Akçıl da rol alıb.
Qeyd edək ki, "Bozbash Pictures Ağsu" noyabrın 9-u saat 21:40-da ATV telekanalında yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB