Azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı aktyor Tolqa Karel həbs olunma qorxusu ilə üz-üzə qalıb. SİA-nın verdiyi xəbərə görə, buna səbəb onun bir müddət öncə keçirdiyi avtomobil qəzasında taksi şoferini yaralaması olub. Belə ki, T.Karel avtomobilini idarə edərkən maşınını Orxan Ağaçyaranın avtomobilinə vurub. Qəza nəticəsində taksi sürücüsü O.Ağaçyaran yaralanıb.
Hadisə ilə bağlı İstanbul hüquq məhkəməsi taksi sürücüsünün T.Karelə qaldırdığı iddiaya baxıblar. Qarşı tərəf aktyor özünü təqsirli bilməyib: "İşıqforda yaşıl işıq yanarkən yoluma davam edirdim. Digər prospektdən isə taksi şoferi sürətlə gəlirdi və bu zaman toqquşduq. Filmlərə çəkildiyim üçün insanlar məni tanıyırdılar. Məhz bu səbəbdən də mənlə pis davrandılar. Mən isə həmin an polis əməkdaşlarına xəbər verdim. Günahsızam. Heç bir cinayət işi törətməmişəm".
Qeyd edək ki, məhkəminin sonunda aktyora 150 gün cəza kəsilsə də, bunu pul cəzası ilə əvəzləmək mümkün olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB