Bu gün meyxana ustası Namiq Qaraçuxurlunun ad günüdür. SİA-nın verdiyi xəbərə görə, meyxanaçı 35 yaşını qeyd edir.
Nəzərinizə çatdıraq ki, Namiq ad gününü nişanlısı ilə birlikdə yaxtada keçirməyi planlaşdırır.
Qeyd edək ki, Namiq Qaraçuxurlu 8 noyabr 1978-ci ildə Qaraçuxur qəsəbəsində anadan olub. Həmin qəsəbədə 104 nömrəli orta məktəbi bitirib.
İlk meyxanasını 1993-cü ildə deyən meyxanaçı sonralar müəyyən səbəblərdən bir neçə il sənətinə fasilə verib.
1997-ci ildə Şəhriyar adına mədəniyyət sarayında keçirilən meyxana müsabiqəsində ikinci yer tutaraq, laureat olub. Fəaliyyəti ilə o gündən mütəmadi məşğul olan meyxanaçının 1999-cu ildə ilk kaseti işıq üzü görüb.
2001-ci ildə "And içmişdik" adlı albomu çıxandan sonra meyxanaçının həyatında böyük rol oynayan "Rəvayət" klipi çəkilib. Klipinin təqdimatı bir vaxtlar meyxanaçının laureat olduğu Şəhriyar adına mədəniyyət sarayında konsert şəklində keçirilib. Azərbaycanın müxtəlif bölgələrində konsert verən meyxanaçı 7400 nəfərlik tamaşaçı tutumu olan "Şəfa" stadionunda solo konsert verib. Hollandiya, Almaniya, İran və Rusiyanın bir çox şəhərlərində və o cümlədən paytaxt Moskvada konsert proqramı ilə çıxış edib. Namiq Qaraçuxurlu uzun müddət xalq artisti Aygün Kazımova ilə birgə duet oxuyub.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB