Türkiyə şou-biznesinin daha bir cütlüyü boşanıb. SİA-nın verdiyi xəbərə görə, müğənni Işın Karaca 2 il öncə ailə qurduğu stilist və rejissor Sedat Doğandan ayrılıb.
İstanbul Ali Məhkəməsində I.Karaca və S.Doğanın boşanma ərizələrinə baxılıb. Tərəflər məhkəmə prosesində media mənsublarının zala daxil olmasını istəməyiblər. Hakim onların istəyini nəzərə alaraq, jurnalistləri içəri buraxmayıb. Sonda məhkəmə qərarı ilə Işın Karaca Sedat Doğandan rəsmən ayrılıb.
Qeyd edək ki, cütlük hələ bir neçə ay öncə boşanmağa qərar versə də, barışdıqlarına görə, bu istəklərindən imtina etmişdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB