Ötən gün bəzi saytlarda müğənni Bahar Lətifqızının ana olmağa hazırlaşması haqda xəbərlər yayılıb. Məlumatlarda bildirilir ki, xanım sənətçi xeyli kilo alıb və son günlər əksər tədbirlərdə geniş geyimlərdən istifadə edir. Hətta artıq çəki o qədər çox nəzərə çarpır ki, müğənninin hamilə olduğunu da düşünmək olar. Yayılan xəbərlərlə bağlı SİA-ya açıqlama verən müğənni bunları deyib: "Mənim jurnalistlərə hər zaman hörmətim var. Hətta deyirəm ki, qızımın da jurnalist olmasını istərdim. Ancaq haqqımda bu cür yalan məlumatın yayılmasını istəməzdim. Evimdə qız böyüyür və onun tərbiyəsi ilə məşğulam. Şəkillərdə kök düşməyimə gəlincə, bunun mənim ana olmağımla əlaqəsi yoxdur. Hər bir xanım müəyyən qədər kilo ala bilər. Hazırda arıqlamaq üçün pəhriz saxlayıram. Demək olar ki, bir çox yeməklərdən imtina etmişəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB