Günay köhnə mahnıda yenilik edir

Son zamanlar adı qalmaqallarda səslənən Günay İbrahimli bir zaman öncə ifa etdiyi "Səndən öncə, səndən sonra" mahnısında yenilik edəcək. SİA-nın verdiyi xəbərə görə, Günay bəstəsi Pərviz Mahmudova aid olan mahnının remiks versiyasını hazırlayıb. Sənətçi tezliklə sözügedən bəstəni dinləyicilərin ixtiyarına verəcək.

Qeyd edək ki, Günay İbrahimli hazırda bəstəkar Pərviz Mahmudovla iş birliyini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə