Prodüser Təranə Səmədova və "Şarm" qrupu arasında qalmaqal səngimədən davam edir. Adıçəkilən qrup zamanında birgə işlədiyi Təranəni məhkəməyə vermək istəyir. Bu haqda SİA-ya açıqlama verən prodüser bunları deyib: " "Şarm" qrupu haqqında daha danışmaq istəmirəm. Çünki onlar özlərini mənim vasitəmlə reklam edirlər. Ancaq onu da deyim ki, "Şarm" qrupundan artıq pul aldığım üçün məni məhkəməyə verəcəkləri ilə bağlı iddialar səsləndirilir. Əgər onların dedikləri sübut olunsa, mənim də əlimdə faktlarım var. O sübutları məhkəməyə təqdim etsəm, sözügedən qrup mənə borclu qalacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB