Roza Zərgərli yeni albom çıxarır

Müğənni Roza Zərgərli sevənlərinə yeni albomunu təqdim edəcək. SİA-nın verdiyi xəbərə görə, ifaçı albomuna əlavə ediləcək 10 mahnıdan 5-nin heç bir yerdə səslənmədiyini xüsusilə vurğulayıb: "Yeni albomumun fotosessiyasının necə olacağı müəyyənləşdirilib. Albomda 10 mahnı yer alacaq. 8-i Azərbaycan, 2-si isə rus və türk dillərindədir. Buraya Cəmil Məmmədli, Muxtar Abseynov, Nadir Əzimovun bəstələri daxildir. Albom təqdim etmək çox çətin işdir və hazırlanması bir neçə ay çəkəcək".

Qeyd edək ki, Roza Zərgərlinin yeni albomuna daxil olan bəstələrdən biri sənətçinin özünə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə