Sinan Akçıl bu gün Bakıya gəlir

Türkiyənin məhşur müğənnisi Sinan Akçıl bu gün Bakıya gəlir. SİA-nın verdiyi xəbərə görə, ifaçının növbəti səfərinin səbəbi xalq artisti Aygün Kazımova ilə birgə verəcəyi konsertdir.

Nəzərinizə çatdıraq ki, xalq artisti Sinan Akçılla birgə duet də ifa edəcək. Həmçinin Aygün Kazımovanın konsertdə tam fərqli imicdə çıxışı da gözlənilir.

Qeyd edək ki, Aygün Kazımova və Sinan Akçılın konserti noyabrın 8-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə