Kərim qəzadan danışdı

Xəbər verdiyimiz kimi, Kərim Abbasov avtomobil qəzasına düşüb. Hadisə zamanı 2 maşın aşıb. Bu haqda SİA-ya Kərimin özü məlumat verib: "Rayondan toydan gəlirdim. "Lexus" markalı maşınımla qəza törətdim. 2 "Prado" markalı avtomobilə dəyərək ciddi ziyan yetirdim. Qarşı tərəflərin maşınlarını düzəltdirmişəm. Ancaq öz avtomobilim pis vəziyyətdədir. Onu da deyim ki, özümə heç nə olmayıb. Qəza zamanı mənimlə maşında 2 köməkçim var idi. Onların da səhhəti yaxşıdır. Hələ də şokdan ayıla bilmirəm. Əsas odur ki, salamatçılıqdır. Onu da deyim ki, çoxlarının nəfsi və caduları canıma yox, malıma zərər yetirdi".

Bütün xəbərlər Facebook səhifəmizdə