Aşıq Namiq Fərhadoğlu konsert vermək istəyir. Bu barədə SİA-ya Namiqin özü məlumat verərək aşıqlar arasında bir ilkə imza atacağını dilə gətirib: "Növbəti ildə Heydər Əliyev sarayında konsert verməyi planlaşdırıram. Hələ ki, aşıqlar arasında bunu heç kim etməyib. Doğrudur, Aşıq Ələsgərin yubiley gecəsi sözügedən sarayda keçirilib. Əksəriyyəti Heydər Əliyev sarayında konsert verməkdən çəkinirlər. Ancaq mən qorxmadan, çəkinmədən deyirəm ki, bütün zalı dolduracam".
Qeyd edək ki, aşıq Namiq oktyabr ayında Muğam Teatrında konsert proqramı ilə çıxış edib. Yaxın vaxtlarda isə Heydər Əliyev sarayında konsert verməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB