Xalq artisti düşmənlərini nəyə məhkum etdi?

Xalq artisti düşmənlərini nəyə məhkum etdi?

Xalq artisti Faiq Ağayevin bir neçə gündən sonra səhnə fəaliyyətinin 26-cı ildönümünün tamam olması münasibəti ilə maraqlı açıqlama verib. SİA-nın verdiyi xəbərə görə, xalq artisti ayağının altını qazanlara da ismarıclarını göndərib: "Bir neçə gün sonra səhnə fəaliyyətimin 26-cı ilinə "Salam" deyəcəyəm. Bu illər ərzində tale mənə çox böyük xoşbəxtliklər bəxş etdi. İlk müsabiqəm olan "Bakı Payızı 88" mükafatını dahi bəstəkar Tofiq Quliyev mənə təqdim etdi. 4 il sonra bəstələdiyi məhşur "Sənə də qalmaz" mahnısı ilə "Yalta92" Beynəlxalq müsabiqəsində çıxış etdikdən sonra da Tofiq müəllimin şəxsən özü telefonla mənə zəng edərək təriflər söylədi. O gün sevinc və fərəhimin həddi-hüdudu yox idi. Mədəniyyət və İncəsənət Universitetində böyük sənətkarlar dərs keçdi. Rafiq Atakişiyev, Cənnət Səlimova, Cahangir Novruzov, Yaşar Nuri, Şəfiqə Məmmədova kimi müəlimlərim oldu. Ustadlarımın illər sonrası mənimlə fəxr etmələri ən böyük mükafatım idi". Vətənə 4 nüfuzlu Beynəlxalq müsabiqədən uğurla, qələbə ilə döndüm. Seçilən bəstəkar və şairlər mənə mahnılar yazdı. Xalqın sevgisini qazandım. 28 yaşımda Ulu Öndər Heydər Əliyevin imzası ilə fəxri ada layiq görüldüm. Azərbaycanın ən gənc "Əmkədar artist"i oldum. Dayanmadan çalışdım, mütəmadi olaraq solo-konsertlər keçirdim. Uğurlara, ilklərə, yeni lahilərə imza atdım. Allahın köməyi, xalqın məhəbbəti ilə seçdiyim hədəflərə yetişdim. 2007-ci ildə Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Azərbaycan musiqi tarixində rekord imzalamış oldum. 36 yaşımda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə növbəti fəxri ad ilə təltif olundum. İndi Azərbaycanın ən gənc "Xalq atisti" adını böyük məsulliyyət, sevinc və qürur ilə daşıyıram. Məmləkətimizin nüfuzlu elm və sənət adamları, ictimai xadimləri, milyonlarca sadə tamaşaçıları mənə hüsnü-rəğbətini, alqışını, sevgisini bəxş etdi, yüksək qiymətini verdi. Bu illər ərzində əldə etdiklərimi əziz tutub, mənə bu səadəti layiq görənlərə naxələf çıxmadım. Sənətimə, özümə sahib çıxan Azərbaycan xalqına hədsiz minnətdar və borcluyam. Məni sevməkdə davam edin. Mənim üçün müqəddəs olan bu sevgi və inamınıza bu gündən etibarən layiq olmağa bütün varlığımla söz verirəm".

Sonda Faiq Ağayev ona şər-böhtan atanlarında cavabını da verdi: "Arxamca danışan, ayağımın altını qazmağa, şər-böhtan atmağa çalışan insanlar sizin üçün acı olan həqiqət ilə birdəfəlik barışın. Varlığımı, uğurlarımı, tamaşaçının mənə bəslədiyi məhəbbət və tələbatını həzm etməyə məhkumsunuz".

Bütün xəbərlər Facebook səhifəmizdə