Azərbaycanın tanınmış şoumeni və teleaparıcısı Kamran Həsənlinin ölüm xəbəri yayılıb. Deyilənlərə görə, bu məlumatı şoumenin qonşusu olduğu iddia edilən şəxs məlumat verib.
SİA-ya olaraq teleaparıcının özü ilə əlaqə saxladıq. Kamran əməkdaşımıza səhhətinin yaxşı olduğunu söylədi: "Dünyamı dəyişməmişəm, yaxşıyam. Bilmirəm, mənim ölüm xəbərimi yaymaqla nə əldə etmək istəyirlər? Bayaqdan telefonum susmur. Bütün qohumlarım mənə görə narahatdır. Onu da deyim ki, nə vaxtsa rəhmətə gedəcəyik. Allahın işinə qarışa bilmərik. Ancaq hələ ki, cavanam (gülür)".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB