Prodüser Tolik meyxanaçı Namiq Qaraçuxurlu ilə müğənni Rəqsanə İsmayılovanın sevgili olması haqqında yayılan xəbərə münasibət bildirib. O, SİA-ya açıqlama verərək cütlüyün heç bir sevgi macərası yaşamadıqlarını dilə gətirib: "Mən heç kimin şəxsi həyatına qarışmaq istəmirəm. Artıq söz-söhbətlərdən bezmişəm. Kim nə edirsə özü bilər. Ancaq Rəqsanə ilə Namiqin arasında heç bir sevgi münasibləri ola bilməz. Mən onların ikisini bir arada təsəvvür edə bilmərəm. Onu da deyim ki, sözügedən sənətçilərin hər ikisini çox istəyirəm. Ancaq Rəqsanənin qeyrətini çəkməyə halım yoxdur".
Tolik Rəqsanənin hazırda əlaqədə olduğu şəxs haqqında da söz açıb: "Rəqsanənin bəyini şəxsən görmüşəm. Moskvada yaşayır və hörmətli insanlardan biridir".
Qeyd edək ki, meyxanaçı Namiq Qaraçuxurlu ilə müğənni Rəqsanə İsmayılovanın Moskvada çəkdirdikləri səmimi fotolar cütlük arasında sevgi münasibəti olduğu haqda xəbərlərin yayılmasına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB