Manaf Ağayev bacısı oğluna belə toy etdi

Manaf Ağayev bacısı oğluna belə toy etdi

Xəbər verdiyimiz kimi müğənni Manaf Ağayev bacısı oğlu Əbdülə toy edib. SİA-nın verdiyi xəbərə görə, Əbdül Gülnar adlı xanımla ailə həyatı qurub. El şənliyində maraqlı məqamlar yaşanıb. Manafın xoş günündə sənət dostları onu tək qoymayıb. Hətta ifaçının özü də əlinə mikrofon alaraq həmkarı Bahar Lətifqızı ilə duet oxuyub. Onların musiqilərinin sədaları altında toya gələn hər kəs rəqs edib.

Qeyd edək ki, Manaf Ağayev yaxın vaxtlarda oğlu üçün toy çaldıracağını da söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə