Ruslan Sabirli: “Əminə”ni qaçıracam" FOTOLAR

Ruslan Sabirli: “Əminə”ni qaçıracam" FOTOLAR

Qısa müddət ərzində böyük auditoriya toplayan "Sənə inanıram" serialı bu gün də tamaşaçıların görüşünə gələcək. SİA-ya serial haqqında açıqlama verən aktyor Ruslan Sabirli gələcək bölümlərdə tamaşaçıları daha maraqlı və həyəcanlı seriyalar gözlədiyini dilə gətirib: "Sənə inanıram serialı kifayət qədər izlənilir. Bizim seriallar da artıq tamaşaçı kütləsinin marağını toplamağı bacarır. Təbii ki, bu da çox sevindirici haldır. Onu da deyim ki, növbəti bölümlər olduqca həyacanlı olacaq. Hətta kiçik ipucu belə verim! Gələcək seriyada bütün ailəmi qarşıma alaraq sevdiyim qızı, yəni "Əminə"ni qaçıracam. Bundan sonra nələr baş verəcək? Baxın, onu gizli saxlayıram... Bir sözlə "Sənə İnanıram" serialını izləməyə dəyər".

Qeyd edək ki, "Sənə İnanıram" serialı noyabrın 4-ü saat 22:15-də Xəzər televiziyasında yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə