Mustafa Sandal həmkarı haqqında sərt danışdı

Mustafa Sandal həmkarı haqqında sərt danışdı

Türkiyənin tanınmış müğənnisi Mustafa Sandal həmkarı Gülben Ergen haqqında sərt danışıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, həmkarlar arasında mübahisə bir vaxtlar duet oxuduqları "Şıkır-Şıkır" adlı bəstəyə görə olub. Hətta hər iki ifaçı sözügedən mahnıya görə məhkəməyə düşüblər. Məhkəmədə Mustafa Sandal Gülben Ergenden 12 min türk lirası pul alıb. Lakin bununla da əsəbi soyumayan sənətçi Gülben haqqında bu sözləri dilə gətirib: "Ondan inciməmişəm. Birindən incimək üçün həmin şəxsə dəyər vermək lazımdır. Mən Gülbenin həyatına gözəlliklər qatdım. Kaş ki, o da mənə həmin dəyəri verməyi bacarardı".

Qeyd edək ki, sənətçilərin küsülü olmasına səbəb Gülben Ergenin "Şıkır Şıkır" adlı mahnısını Mustafa Sandaldan icazə almadan öz albomuna daxil etməsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə