Aktrisanın səhhəti pisləşdi

Xəbər verdiyimiz kimi, aktrisa Ancelina Coli xərçəng xəstəliyindən əziyyət çəkir. SİA-nın verdiyi xəbərə görə, o, bu xəstəlikdən azad olmaq üçün sinəsindən əməliyyat olunub. Ancaq buna baxmayaraq, Hollivud ulduzunun bədənində yenidən ağrılar başlayıb. Hətta ağrılar onu gecələr yatmağa belə imkan vermir. Hazırda Ancelinanı həkimlər müalicə edirlər.

Qeyd edək ki, əməliyyat olunduqdan sonra Ancelina Coliyə 1 il ərzində implantasiya etdirmək qadağan olunmuşdu. Lakin aktrisa buna əhəmiyyət verməyərək, gözəl sinəyə sahib olmaq üçün həkimlərin qadağasını pozub.

Bütün xəbərlər Facebook səhifəmizdə