Ebru Gündeş bir ilkə imza atdı FOTO

Ebru Gündeş bir ilkə imza atdı FOTO

Türkiyənin məhşur müğənnisi Ebru Gündeş dünyada bir ilkə imza atıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi sosial şəbəkədən öz geyimlərini sataraq ehtiyacı olanlara maddi yardım edir. Ebru Gündeş 2010-cu ildən həyata keçirdiyi "Ebrugundessatiyor" layihəsi bir çox yardıma ehtiyacı olanlara köməklik göstərir. Bu günə qədər ifaçının 225 paltarı və ayaqqabıları satışa çıxarılıb.

Nəzərinizə çatdıraq ki, sənətçi satdığı bu məhsullardan 141 min 790 türk lirası pul əldə edib. Bu gəliri isə "Mehmetçik vakfı", "Darüşşafaka", "Ömürlük iflic dərnəyi"nə, "Kimsəsiz uşaqlar evi" başda olmaqla digər ehtiyac duyulan təşkilatlara verib. Ebru Gündeş sözügedən internet səhifəsi haqqında bu sözləri dilə gətirib: "Bizim səhifəmiz heç kim tərəfindən maliyyələşmir. Tamamilə öz hesabıma və gücümə ayaqda saxlayır, həmçinin əlimdən gəldiyi qədər köməklik göstərirəm. Bu layihə dünyada ilk dəfə həyata keçirilir. Əldə etdiyimiz nəticədən isə qürur hissi duyuram".

Qeyd edək ki, keçən aylarda Ebru Gündeş "Ömürlük İflic Dərnəyinə" qiyməti 1300 manat dəyərində olan 1000 ədəd əlil arabası hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə