Rejissor Nail Naiboğlu çəkdiyi kliplərindən ibarət albom çıxarır. O, rejissorluq fəaliyyətinin ilk günlərindən lentə aldığı 200 klipdən 25-ni "Payız" adlı albomunda cəmləşdirib. SİA-ya açıqlama verən rejissor ona bu işdə prodüser Pərviz Oqtayoğlunun dəstək olduğunu dilə gətirib: "Hazırda payız fəslidir. Bu səbəbdən də albomun adını fəslə uyğun qoymuşam. Eyni zamanda da əməkdar artist Manana Caparidzenin ifa etdiyi "Payız" mahnısına çəkdiyim klipdən qaynaqlandım".
Qeyd edək ki, "Payız" adlı albom tezliklə satışa çıxarılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB