2013-cü ildə şou-biznesdə kimlər boşandı? FOTOLAR

2013-cü ildə şou-biznesdə kimlər boşandı? FOTOLAR

Şou-biznes nümayəndələrinin şəxsi həyatları hər zaman adi insanlar tərəfindən maraqla izlənilib. Onların evlilik və boşanma xəbərləri daha çox diqqət mərkəzindədir. 2013-cü ildə boşanan tanınmış simaların siyahısını SİA oxucularına təqdim edirik:

Teleaparıcılar Vüsalə və Azərin 4 ildən sonra ayrılması xəbəri hər kəsi şoka salsa da, cütlük bu ilin avqust ayında rəsmən boşandılar. Teleaparıcıların Dilək adlı 1 qızı var.

Müğənni Elnar Xəlilov toyuna 5 ay qalmış xristian qızını müsəlman edərək nigah masasına əyləşdi. Lakin buna baxmayaraq o, 2013-cü ilin sentyabr ayında ayrıldı. Hazırda Yusuf adlı övladı var.

Müğənni Səidə Dadaşova türkiyə vətəndaşı Selcuq Gezeklə ailə həyatı qurdu. Bu cütlüyün də xoşbəxtliyi də uzun çəkmədi. Onlar qalmaqalla boşandılar. Övladları yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə