"Bozbash Pictures" serialının vaxtı dəyişib. SİA-nın verdiyi xəbərə görə, İlkin Həsəni, Ramil Babayev, Nicat Rəhimov, Azər Baxşəliyev, Elşən Orucovun rol aldığı serial hər şənbə saat 21:40- da yayımlanacaq.
Nəzərinizə çatdıraq ki, bu bölüm Gədəbəydə çəkilib. Sözügedən bölgəmiz öz kartofu ilə məşhur olduğu üçün bu dəfə Şəmi (İlikn Həsəni) və Şöşü (Ramil Babayev) Gədəbəydə kartof biznesinə qoşulacaq. Lakin bu ticarətin də nə ilə nəticələnəcəyi hamıda maraq doğurur.
Hər həftə müxtəlif macəralarla qarşımıza gələn "Bozbash Pictures"i noyabrın 2-si yeni vaxtda saat 21:40-da ATV telekanalında izləməyi unutmayın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB