Sevilən müğənni Röya yeni mahnı ifa edəcək. SİA-nın verdiyi xəbərə görə, bəstə "Yalnızlıq" adlanır.
Nəzərinizə çatdıraq ki, "Yalnızlıq" mahnısının sözləri və musiqisi aparıcı və bəstəkar Murad Arifə məxsusdur.
Murad Arifin sosial şəbəkədə paylaşdığı "Yalnızlıq" adlı mahnının sözlərini sizlərə təqdim edirik:
Ona nə var ki? Ona asandır!
Öncə sevdi, aşiq etdi,
Sonra unutdu...
Ona nə var ki? Ona asandır!
Mən isə öldüm, ürək ovuldu
Necə vuruldum..?!
* * *
Ona nə var ki? Ona asandır, o unudandır..
Sözləriylə, sevgisiylə.. O bir yalandır!
Mənə çətindir, mənə əzabdır...
Yetər ki, gəlsin! Yanımda olsun. Hər şey tamamdır.
NƏQARƏT:
Yalnızlıq, içimi parça-parça eləyir,
O, məni günahkar hesab edir,
Mən isə həsrətiylə yanıram,
Dəli kimi!
Yalnızlıq, bu sevgiyə məni peşman edir,
Bəlkə də ayrılığa sevinir,
Mən isə ümidlərlə qalıram
Dəli kimi..
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB