Elza Seyidcahanın Türkiyə turu

Əməkdar artist Elza Seyidcahan Türkiyənin müxtəlif yerlərində konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, sənətçi konsertlərdə repertuarında olan ən hit mahnıları oxuyub. Elza Karabük konsertində isə soprano ifaçısı Günerlə birlikdə "Çırpınırdı Qara dəniz" mahnısını səsləndirib. Onların birgə çıxışı konsertə gələnləri heyran edib.

Nəzərinizə çatdıraq ki, müğənninin Türkiyədəki konsertlərinə millət vəkili Qənirə Paşayeva da qatılıb.

Elza Seyidcahanın konsertlərdəki çıxışının şəkillərini sizlərə təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə